Cümə günü 18 Oktyabr 2019

Səhiyyə

Gəncədə əhalinin icbari tibbi müayinəsi davam edir

Gülnar Fazilqızı - 14/03/2019

Gəncə şəhər 2 saylı poliklinikanın tibbi briqadası Gəncə Dövlət Universitetinin II tədris binasında tələbə və müəllimləri müayinədən keçiriblər. Səhər saatlarından başlanılan aksiyada təxminən 300-ə yaxın müəllim və tələbə iştirak edib.

Gəncə şəhər 2 saylı poliklinikanın baş həkiminin müavini Ramidə İsmayılova bildirib ki, aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması, tibbi müayibələrə daha çox insanın cəlb edilməsidir: “Aksiya zamanı universitetin həyətində xüsusi avtomobildə ağciyərin rentgen müayinəsi təşkil edilib. Bununla yanaşı tələbə və müəllimlərə qızılca əleyhinə peyvənd vurulub”.

GDU-nun humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətliyeva qeyd edib ki, tələbə və müəllimlərin sağlamlığının qorunması istiqamətində aparılan işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir:  “Tələbə və müəllimlərin flüoqrafik müayinədən keçirilməsi isə xüsusi ilə əhəmiyyətlidir. Bu müayinə insan orqanizmində gizlin gedən proseslərin aşkar edilməsi baxımından olduqca önəmlidir”.

Müayinədə iştirak edən tələbə və müəllimlər nəticələri iki gündən sonra Gəncə şəhər 2 nömrəli poliklinikadan öyrənə biləcəklər.

Qeyd edək ki, bu cür aksiyalar may ayına kimi mütəmadi olaraq təşkil ediləcək.  

 

Photogallery

XB  6936 XB  6921 XB  6929

Hadisə