Bazar ertəsi 27 May 2019

QHT

UAFA Gəncə İƏRM-in nümayəndələri Rustaviyə səfər ediblər

Gülnar Fazilqızı - 14/03/2019

UAFA Gəncə İƏRM-in nümayəndələri Gürcüstanın Rustavi şəhərindəki “Əlil insanlar üçün Mərkəz”də olublar. Onlar Mərkəzin fəaliyyəti ilə tanış olub, burada tədbiq olunan müayinə və müalicə metodları ilə maraqlanıblar.

UAFA Gəncə İƏRM-in koordinatoru Rəzalə Abbasova bildirib ki, səfərin əsas məqsədi Gürcüstandan olan partnyorlarla təcrübə mübadiləsinin aparılmasıdır: “Biz artıq 1 ildir ki, Rustavidəki “Əlil insanlar üçün Mərkəz”lə əməkdaşlıq edirik. Bu vaxt ərzində həm biz, həm də gürcüstanlı partnyorlarımız – qarşılıqlı təcrübə mübadiləsi apardıq. İl ərzində bir neçə dəfə Rustaviyə səfərlər təşkil edildi, gürcüstanlı həmkarlarımız Gəncəyə gəldirlər. Gördüyümüz işlər, həyata keçirilən tədbirlər barədə bir-birimizi məlumatlandırdıq”.

Təcrübə mübadiləsi səfərləri UAFA, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatlarının birlikdə reallaşdırdığı “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Bu təşkil olunan səfərlərin sonuncusu idi.

Məlumat üçün bildirək ki, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən bu layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur.

 

Photogallery

53761325 2156505721076552 8639033356752781312 N 54350967 2156504874409970 7423237211719467008 N 54236830 2156505264409931 5431352094185488384 N 53453753 2156505051076619 2076002790760513536 N

Hadisə

Cəmiyyət