Bazar günü 21 İyul 2019

QHT

GABA-nın təlimləri davam edir

Surxay Məmmədzadə - 27/02/2019

Gəncə Aqrobiznes Assosiasiyasının növbəti seminarı Qax rayonunda baş tutub.

Seminarlar Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları çərçivəsində icra olunan “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin fəaliyyət planına uyğun olaraq təşkil edilir. 

Tədbirdə layihənin icraçısı GABA və onun Gürcüstan tərəfindən tərəfdaş təşkilatı olan Regional İdarəetmə və İqtisadi İnkişaf Mərkəzinin nümayəndələri, layihə çərçivəsində Gürcüstanın Laqodexi rayonundan seçilmiş qabaqcıl fermerlər iştirak ediblər. Tədbirdə qonaqlar layihə çərçivəsində Gürcüstanda həyata keçirdikləri təcrübələr və əldə olunan nəticələr haqqında geniş məlumat veriblər.

Layihənin kənd təsərrüfatı üzrə eksperti "Ekoloji təmiz kənd təsərrüfatı", "İnteqrir Bitki Mühafizə (İBM) sisteminin tətbiqi" mövzularında geniş məlumat verib. Mövzu üzrə fermerləri maraqlandıran sualları cavablandırıb, innovativ metodların təhlilini apararaq kompostun hazırlanması, növbəli əkin sisteminin tətbiqi, zərərvericilərə qarşı bioloji mübarizə metodlərı haqqında geniş məlumat təqdim edib.

Seminarda iştirakçılar müxtəlif mövzular üzrə qarşılaşdıqları çətinliklərə dair diskusiyalar aparıb, Gürcüstandan olan qonaqlarla birgə təcrübələrini bölüşüblər. Bütün iştirakçılar informativ materiallarla təmin edilib. 

 

Hadisə

Cəmiyyət