Bazar ertəsi 22 İyul 2019

Elm

Gəncəli alim MDB-də birincilik əldə edib

Gülnar Fazilqızı - 27/02/2019

Bu günlərdə şəhərimizin elmi ictimaiyyəti növbəti uğurlu xəbərlə müjdələnib. Belə ki, Rusiyanın Penza şəhərində keçirilmiş Müstəqil Dövlət Birliyi (MDB) üzvü olan ölkələrin gənc alimlərinin Beynəlxalq müsabiqəsində şəhərimizin təmsilçisi, “Elm üzrə Prezident mükafatçısı” Elnur Həsənov birinci yerə layiq görülüb.

AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssislər Şurasının sədri, YAP Gəncə şəhər Təşkilatının sədr müavini olan Elnur Həsənov “İlin eksperti - 2019” beynəlxalq müsabiqəsində “Tarix elmləri” üzrə təqdim etdiyi “Gəncə şəhərinin çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinin innovativ əsaslarla tədqiqi” adlı məruzəsinə görə I Dərəcəli diploma layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq müsabiqə 7 elmi bölmə üzrə keçirilib və yaxın vaxtlarda müsabiqə qaliblərinin Rusiyanın Penza şəhərində rəsmi mükafatlandırılma mərasiminin keçirilməsi nəzərdə tutulub.

Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan,Qırğızıstan, Moldova kimi ölkələrdən 100-ə qədər gənc alim və mütəxəssis müsabiqədə iştirak ediblər. Müsabiqənin münsiflər heyətinin üzvləri isə Rusiya ilə yanaşı, Fransa, Almaniya, Belarus, Çexiya, Serbiya, Qazaxıstan, Rumıniyanın nüfuzlu elm xadimləridir.

Elmi tədbir Rusiya Elmlər Akademiyasının Gənc alim və mütəxəssislər Şurasının dəstəyi, Rusiyanın beynəlxalq “Elm və təhsil” nəşriyyatının, Penza Dövlət Universitetinin, həmçinin Rusiyanın “E-library” beynəlxalq elmi bazasının təşkilatçılığı ilə keçirilib.

Photogallery

52911306 300069877370889 3294537716179402752 N

Hadisə