Bazar ertəsi 27 May 2019

Elm

Mühafizə vəTexniki Bitkilər Elmi Tədqiqat İnstitutunda Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Surxay Məmmədzadə - 26/02/2019

Tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BM və TB ETİ-nin direktoru Vüqar Bəşirov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımdan danışıb. O bildirib ki, Xocalı faciəsi ilə bağlı Azərbaycanda və xarici ölkələrdə müxtəlif təbliğat kampaniyaları, yığıncaqlar, aksiyalar keçirilir. Artıq dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımını tanıyıb.

Çıxış edən natiqlər tarix boyu Azərbaycan xalqının başına gətirilən faciələrdən danışmış, Xocalı soyqırımını dünyaya tanıtmağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulayıb.

Tədbirin sonunda Aqrar İnkişaf Könüllülərinin iştirakı ilə Xocalı Soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Photogallery

52779869 424833251414672 755438542108229632 N 53165189 290228548322632 7619089687512088576 N 52712960 2018071345152470 1734575108594335744 N 53347688 2065047206936790 9146981576729427968 N

Hadisə

Cəmiyyət