Dünya
“Oskar”ın qalibləri bəlli oldu
25/02/2019
-
91-ci “Oskar” mükafatları sahiblərinə verilib.
İlk dəfə aparıcısız baş tutan tədbirdə “İlin ən yaxşı filmi” ünvanını “Yaşıl kitab” qazanıb.
“Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Kuaron, “Ən yaxşı qadın aktrisa” “Sevimli” filmindəki roluna görə Olivia Kolman, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.
“Ən yaxşı ikincidərəcəli aktrisa” Recina Kinq, “Ən yaxşı ikincidərəcəli aktyor” Maherşala Ali, “Ən yaxşı film mahnısı” “Ulduzun doğuldu” filmindəki Ledi Qaqanın ifası “Shallow”dur. “Ən yaxşı film musiqisi” isə “Qara Bəbir” filminin musiqisi seçilib. “Xarici dildə ən yaxşı film” nominasiyasının qalibi isə “Roma” olub.