Çərşənbə günü 13 Noyabr 2019

Səhiyyə

Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub

Sənubər Qocayeva - 18/02/2019

Gəncə şəhərinin 1 və 3 nömrəli xəstəxanalarının baş həkimləri dəyişib. Müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib.

Azad Quliyev Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub. 

Hadisə