Cümə axşamı 25 Aprel 2019

Təhsil

'Aqrar təhsilin təbliği' layihəsi davam edir

Surxay Məmmədzadə - 12/02/2019

Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri "Aqrar təhsilin təbliği" layihəsi çərçivəsində Gəncə məktəblilərini ADAU ilə yaxından tanış etməkdə davam edir.

Gəncə məktəbliləri ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni laboratoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin əlaqəli aparılması ilə yaxından tanış olurlar.Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır.

"Aqrar təhsilin təbliği" layihəsi çərçivəsində ADAU-nun növbəti qonaqları şəhər 1 saylı məktəbin şagirdləri olub, peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə tədris korpuslarına baxıb, universitet haqqında geniş məlumat əldə ediblər.

Aqrar İnkişaf Könüllüləri onlara Universitetin tarixi,Tələbə Evi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq laboratoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar veriblər. Şagirdlər "John Deere" auditoriyası,anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. ADAU-nun Tələbə evlərindən başlanan ekskursiya zamanı Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.

Photogallery

52100056 2155299461229664 4498941902841708544 N 52531063 2155298251229785 2451429854948622336 N 51936928 2155299431229667 8229105120923615232 N 51993319 2155299264563017 7637620886551396352 N

Hadisə