Bazar ertəsi 20 May 2019

Cəmiyyət

Gənclər təbiətin keşiyində durublar

Sənubər Qocayeva - 12/02/2019

Azərbaycan Respublikasının Gənclər Fondu, İDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının maliyyə dəstəyi ilə təşkil olunan "Təbiətin keşiyində" adlı növbəti düşərgəyə start verilib.

Düşərgədə Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllüləri Orxan Məmmədov və Fuad Cəfərlidə iştirak edib.

Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllülər üzrə koordinatoru Orxan Məmmədov bildirib ki, IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən "Təbiətin keşiyində" düşərgələrinin əsas məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahəti təşviq etməkdir.

Göygöl Milli Parkında 6-8 fevral tarixində baş tutub. Düşərgənin iştirakçıları üçün Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçirilib, həmçinin gənclərə musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. sürprizlər olunub.

 

Photogallery

52181513 2152727648153512 6457815523781509120 N

Hadisə