Bazar günü 21 İyul 2019

Cəmiyyət

Gəncədə “Sağlam Yaşam Tərzimiz” layihəsi yekunlaşıb

Sənubər Qocayeva - 12/02/2019

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olan “Sağlam Yaşam Tərzimiz” layihəsinin yekun təlimi baş tutub . Tədbir Gəncə şəhər Gənclər Evində gerçəkləşib.

Layihə rəhbəri Natiq Pənahov qonaqları  salamlayaraq layihə haqqında məlumat verib. Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd, Gəncə şəhəri və qərb bölgələrində yaşayan gənclərin asudə vaxtlarında səmərəli istifadə etmələri üçün bir araya toplayaraq, peyntbol komandaları və klubları yaratmaq, onların sağlamlığının və zehni inkişafına dəstək göstərməkdən ibarətdir. Daha sonra  təlimçilər Teymur Novruzov və Ayxan Zeynalovlay layihə  çərçivəsində təşkil olunan təlimlər və yarışlar haqqında məlumat veriblər.

Sonra Paintball Yarışının taktikaları, komandalara bölünmək, yarışda istifadə olunan ləvazimmatlarla tanışlıq və  oyun qaydaları izah edilib. 

Təlimdən sonra Natiq Pənahov layihə iştirakçılarına öz təşəkkürünü bildirib. Tədbirdə iştirak edən gənclər sertifikatla təltif olunublar.  

Sonda xatirə şəkillər çəkdirilib.

Photogallery

51708368 377888749692558 5449351666467864576 N 51754592 146151026323642 255854173940088832 N

Hadisə

Cəmiyyət