Çərşənbə axşamı 19 Fevral 2019

Cəmiyyət

'GanjaNews.az' bir yaş da böyüdü

GanjaNews - 12/02/2019


“GanjaNews.az” saytı Gəncənin ictimai-siyasi həyatında yaşananları yaxından izləyir, operativ şəkildə oxuculara çatdırılmasını təmin edir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində baş verən yeniliklər, gənclər sahəsində icra olunan layihələr, həyata keçirilən tədbirlər, idman sahəsində əldə olunan uğurlar daim diqqət mərkəzində saxlanılır. Bunlarla yanaşı ölkə gündəmində olan əsas xəbərlər də saytda öz yerlərini alırlar.

 

Gülnar Fazilqızı – baş redaktor: “GanjaNews.az” saytının kollektivi elə də böyük deyil. Lakin xəbərlərin oxuculara çatdırılması üçün geniş bir komanda çalışır. Biz Gəncədə olan əksər idarə, müəssisə və təşkilatlarlar, ictimai birlik və QHT-lərlə sıx əməkdaşlıq edirik. Onlar tərəfindən ötürülən məlumatlar təhlil olunaraq sayta yerləşdirilir. Bu əməkdaşlıq əlaqələrinin heç bir maddi təmənna olmadan, qarşılıqlı hörmət əsasında qurulduğunu isə xüsusi ilə qeyd etmək istərdik”.

                                  ÐÐ° данном изображении может находиться: Gülnar Fazilqızı, сидит

Sənubər Qocayeva – müxbir (baş admin): “GanjaNews.az” saytının xəbər özəyini Gəncənin ictimai-siyasi həyatında olan hadisələr təşkil edir. Bununla yanaşı biz təhsil və mədəniyyət sahələrinə xüsusi yer veririk. Həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı icra olunan layihələr, atılan addımlar təbliğ olunur. Sayt hər gün mütəmadi olaraq yenilənir.

                                       

Surxay Məmmədzadə - müxbir:“GanjaNews.az” saytı TGT və GİB-lər də əməkdaşlıq edir. Gənclərin iştirakı ilə reallaşdırılan layihələr, tədbirlər, idman yarışları və s. daim saytın müvafiq bölmələrində öz yerlərini alırlar. Gənclər sahəsində görülən işlərin təbliğinə hər zaman xüsusi diqqət göstərməyə çalışırıq”.

 

                    

 

Saytda gündəlik xəbərlərlə yanaşı xüsusi fotoreportajlar və videomateriallar yerləşdirilir. Saytın foto və video təminatl müvafiq olaraq  Xəyyam Bayramlı və Mehti Məmmədova məxsusdur.

     ÐÐ° данном изображении может находиться: один или несколько человек, небо, облако, на улице и природа               ÐÐ° данном изображении может находиться: 2 человека

6 yaşını qeyd edən “GanjaNews.az” saytı bundan sonra da öz missiyasını icra etməyə, Gəncənin tarixini, mədəniyyətini, adət-ənənələrini, bu gününü təbliğ etməyə, Nizami yurdunda yaşananları operativ şəkildə oxuculara çatdırmağa davam edəcək.

Sonda göstərdiyi diqqət üçün redaksiyasında yerləşdiyimiz “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovaya, bir zamanlar “GanjaNews.az” ailəsinin üzvü olmuş və saytının fəaliyyətinə tövhə vermiş Kənan Məmmədova, Samirə Süleymanlıya, Kamilə Seyidliyə, Bahar Fərmanlıya, Rəvanə Hacıyevaya, bizimlə əməkdaşlıq edən bütün idarə, müəssisə və təşkilatlara öz minnətdarlığımızı bildiririk! 

 

Hadisə