Cümə axşamı 25 Aprel 2019

İdman

Gəncədə ümumşəhər bilik yarışının final mərhələsi keçirilib

Sənubər Qocayeva - 11/02/2019

Gəncədə təbiət fənlərinə şagirdlərin marağını artırmaq məqsədilə ötən ilin oktaybrından davam edən ümumşəhər bilik yarışının final mərhələsi keçirilib.

Təhsildə inkşaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan 39 nömrəli məktəb tərəfindən təşkil olunan yarışlara şəhərin 46 məktəbindən 300 şagird cəlb olunub.

Final mərhələsində 16, 27 və 39 nömrəli məktəblərin yuxarı sinif şagirdləri komanada şəkilində kimya, biologiya və fizika fənlərindən sualları cavablandırmaqla xal toplayıblar.

Yekunda münsiflər heyytənin qərarı ilə 16 nömrəli məktəbin şagirdləri 1-ci yeri, 27 nömrəli məktəbin kamandası 2-ci yeri, ev sahibi olan məktəbin şagirdləri isə 3-cü yeri tutblar.

Qalib kamadanın üzvlərinə həvəsləndirici mükafatlar və diplomlar təqdim olunub.

Hadisə