Cümə axşamı 25 Aprel 2019

Siyasət

Naqif Həmzəyev: 'Ölkə başçısı qəza nəticəsində böyük kədər yaşayan insanlara dünya boyda sevinc bəxş etdi'

Sənubər Qocayeva - 08/02/2019

Prezident İlham Əliyevin 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlət qayğısının daha bir əyani təzahürüdür.

Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev“Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin apardığı siyasətinin əsasında insana qayğı, onun maddi-rifah halının yüksək səviyyədə təmin edilməsi dayanır. Deputatın sözlərinə görə, sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan məsələlərdəndir. Millət vəkili deyib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl hal alaraq, vətəndaşların daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır: “Ölkə başçısı dəfələrlə bəyan edib ki, “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”. Verdiyi vədlərə hər zaman sadiq olan cənab Prezident Gəncədəki partlayış nəticəsində evindən məhrum olan vətəndaşları da diqqətdən kənarda saxlamadı. Ölkə başçısı qəza nəticəsində böyük kədər yaşayan insanlara dünya boyda sevinc bəxş etdi, onlar üçün yeni çoxmənzilli yaşayış binasının tikintisinə maliyyə vəsaiti ayırdı. Məhz buna görə də Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edirlər”.
 
Millət vəkili N.Həmzəyev deyib ki, hər bir Azərbaycan vətəndaşı hər an, hər dəqiqə dövlətinin, Prezidentinin dəstəyini, gücünü öz üzərində hiss edir və bundan qürur duyur: “Ölkə vətəndaşları yaxşı bilirlər ki, Prezident İlham Əliyevin bütün fəaliyyəti və verdiyi qərarlar əhalinin sosial rifahının güclənməsinə hesablanıb. Bu isə ölkəmizdə sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti deməkdir. Birmənalı olaraq deyə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin apardığı qabaqcıl siyasət və qarşıya qoyduğu hədəflər məqsədyönlü hədəflər hər bir azərbaycanlının sosial-rifah halnın yaxşılaşmasına, ölkəmizin, dövlətçiliyimizin daha da güclənməsinə hesablanıb”.

Hadisə