Çərşənbə axşamı 19 Fevral 2019

İdman

“Gəncə” İntellektual komandası Nizami yurduna kubokla qayıdıb

Gülnar Fazilqızı - 08/02/2019

Gənclər evinin “Gəncə” və “Kəpəz” intellektual klubları "İntellektual klubların Gənclər kuboku" intellektual çoxnövçülük turnirində iştirak ediblər.

Bakı Konqres Mərkəzində baş tutan turnir Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə keçirilib. Gənclər Gününə həsr olunan turnir özündə 90 sualdan ibarət "Nə? Harada? Nə zaman? oyununu, "Breyn-Rinq" və "Erudit Kvartet" oyunlarını birləşdirib. Yarışda ümumilikdə 68 komanda iştirak edib. “Gəncə” komandası "İntellektual klubların Gənclər kuboku" intellektual çoxnövçülük turnirinin "Regionlar Kuboku"nda II yerə sahib olub.

Photogallery

IMG 20190206 WA0000 IMG 20190206 WA0004

Hadisə