Çərşənbə axşamı 19 Fevral 2019

Səhiyyə

Gəncə şəhər əhalisinin NƏZƏRİNƏ!

Sənubər Qocayeva - 07/02/2019

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı rəhbər tutularaq 2019-cu ilin fevral ayının 12-dən may ayının 12-dək əhalinin tibbi müayinələri keçiriləcəkdir.

Əhalinin tibbi müayinələri  zamanı terapevt, cərrah, nevropatoloq, göz həkimi və başqa ixtisas həkimlərinin baxışlarının, tibbi göstəriş üzrə rentgenflüoroqrafik, elektrokardioqrafik, laborator və digər müayinələrin aparılması, sağlamlaşdırıcı tədbirlərin həyata kecirilməsi nəzərdə tutulur.

Bununla bağlı yaşadığınız ərazi üzrə poliklinikaya müraciət edə bilərsiniz.

Hörmətlə, Gəncə Şəhər İcra Hakimiyyəti,

 Səhiyyə İdarəsi

Hadisə

Cəmiyyət