Cümə günü 26 Aprel 2019

İqtisadiyyat

Gəncədə onlayn təlim keçirilib

Surxay Məmmədzadə - 06/02/2019

Gəncədə "Mikro, kiçik və orta sahibkarlar üçün, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı” online təlim gerçəkləşib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-lar üçün qanunvericilik, dövlət dəstəyi mexanizmləri, eləcə də sahibkarları maraqlandıran digər sahələr üzrə onlayn təlimləri davam edir. Bu tədbirlərdən biri də Gəncə şəhərində baş tutub.

Gənclər Evinin akt zalında reallaşan tədbirdə Gəncə şəhər və ətraf rayonlardan, ümumilikdə 80 nəfər sahibkar iştirak edib.

Təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişikliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Photogallery

IMG 20190131 WA0059

Hadisə