Bazar ertəsi 26 Avqust 2019

Mədəniyyət

İrəvan Dövlət Dram Teatrı Gəncədə qastrol səfərində olub

Sənubər Qocayeva - 04/02/2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi fevralın 2-də yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olub.

Bu barədə ganjanews.az saytına teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa izləyicilər tərəfindən gözyaşları, ayaq üstü və alqışlarla qarşılanıb.

Xocalı soyqırımından 26 ildən çox bir zaman keçməsinə baxmayaraq xalqımız bu faciənin ağrısını, dəhşətlərini hələ də yaşamaqdadır. Xocalıda baş verənlər istər təsviri sənət, istər poeziya, istərsə də nəsr əsərlərimizdə geniş işıqlandırılıb. “Ölüm həsrəti” tamaşasında isə müəllifin baş verənlərə orijinal münasibəti özünü göstərir. Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli bir süjet xətti var. Tamaşa başlayan andan hər bir izləyici özünü baş verən hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu, həm müəllifin, həm də rejissorun böyük uğurudur. 

Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cabrayılova, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Natiq Həziyev, Əmrulla Nurullayev, Arzuman Tanrıverdiyev və Rövşən Cəfərov çıxış ediblər.

Photogallery

IMG 20190203 WA0023 IMG 20190203 WA0028 IMG 20190203 WA0048 IMG 20190203 WA0058

Ən çox oxunan

Cəmiyyət