Çərşənbə axşamı 19 Fevral 2019

Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında 'Kəpəz Kuboku 2019' rəqs müsabiqəsi keçirilib

Sənubər Qocayeva - 01/02/2019

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının (ARA) təşkilatçılığı ilə Fikrət Əmirov Adına Gəncə Dövlət Filarmoniyasında “Kəpəz Kuboku 2019” adlı regional incəsənət müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində təşkilatı dəstək Mədəniyyət Nazirliyi, Azərbaycan Rəqs Assosiasiyası və "Jam Group"a məxsusdur.

ARA-nın prezidenti və AGİ-nin idarə heyətinin üzvü Əziz Əzizov bildirib ki, müsabiqədə əsas məqsəd gənclərə dəstək göstərməkdir:

"Bu gün gənc istedadlı kadrlar hazırlamaq, onları yetişdirmək, öz istedad və bacarıqlarından istifadə edə bilməklərinə səbəb olmaq, hər bir gəncin həyatda yaxşı yer tutmasına gətirib çıxara bilər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm.”

Yarışmada Gəncə, Şəki, Göygöl, Tovuz, Bakı, Ağcabədi,, Mingəçevir, Bərdə rayonlarından olan musiqi məktəblərinin rəqs kollektivləri və 700-dən çox iştirakçılar iştirak ediblər.

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Qalıblər – rəqs qrupları və ansamblıları: Gəncə Qönşələri (Bədii rəhbər Xaliq Əliyev), Ayan (Br. İsmayılova Sonaxanım), Buta (Br. Zaur Qasımov), Smiles (Br. İradə Vəliyeva), The Legend (Br. Eqor Anisimov), Tumurcuq (Br. Validə Şükürova), Günəş (Br. Səbinə Həsənova), Buta (Br. Zaur Qasımov), Səbinə (Br. Səbinə Həsənova), Bahar (Br. Fərmail Paşayev), Tovuz (Br. Arif Məmmədrzayev), Sənan (Br. Sənan Cavadov), Alov (Br. Emil Pənahov), Qarabağ qızları (Br. Davudova Sevinc), Ruslan (Br. İsmayıl Məmmədov), Bahar (Br. Fərmail Paşayev).

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Hadisə