Çərşənbə axşamı 19 Fevral 2019

İdman

Gəncədə intellektual bilik yarış keçirilib

Sənubər Qocayeva - 31/01/2019

Gəncədə gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışı keçirilib. Yarış Gəncə şəhər Gənclər və İdman baş İdarəsi, Gənclər Evi və Gəncə İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə gerçəkləşib.

 2 fevral - Gənclər Gününə həsr olunan yarışda Gəncə ilə yanaşı Mingəçevirdən olan gənclərdən ibarət komanda da iştirak edib.

Hər komandada 6 nəfər olmaqla 10 komandanın qatıldığı yarış 2 turdan ibarərət olub. Gənclərə hər turda 18 sual verilib və 30 saniyyə vaxt ərzində cavablandırılıb. Yarışda birinci yeri tutan komandaya kubok, digər yer tutan qaliblərə diplomlar, hər iştirakçı komandanın üzvlərinə isə sertifikatlar verilib.

Photogallery

50675849 607275333053456 544514682476560384 N 51018105 607275583053431 3287763217018781696 N 50609318 607275419720114 8390863321686867968 N

Hadisə

Cəmiyyət