Bazar ertəsi 27 May 2019

QHT

Gəncə Regional Qadın Mərkəzi əcnəbiləri “alman irsi” ilə tanış olmaq üçün regiona gətirib

Ganjanews - 30/01/2019

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) ilə birgə həyata keçirdiyi “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi davam edir. Layihə çərçivəsində “Alman irsi” üzrə beynəlxalq tur təşkil edilib.

Beynəlxalq turun təşkil edilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin nümayəndələrini Gəncə-Qazax zonasının turizm imkanları ilə tanış etmək və regiona turist axınının başlanmasına dəstək verməkdir. Beynəlxalq turda ABŞ, Almaniya, Rusiya və Gürcüstan vətəndaşları iştirak ediblər. Beynəlxalq turun iştirakçıları Şəmkir və Göygöldə alman irsi və tariximiz ilə tanış olublar. Turistlər hər iki şəhərdə tarix diyarşünaslıq muzeylərinə baş çəkib, vaxtilə almanların saldıqları küçələri gəzib, Lüteran kilsələrində olub, alman evlərinin arxitekturasına baxıblar. Göygöldə əcnəbi turistlər sonuncu alman Viktor Klaynın evində olub, orda qorunub saxlanılan qədim əşyalara baxıblar. Əcnəbi turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri barədə də ətraflı məlumat verilib. Əcnəbi turistlər alman irsinə olan tolerant münasibətdən məmnunluqlarını bildiriblər.

 

Photogallery

50741494 2292774554335211 8181269836765069312 N 50955200 763196490721523 5072992229304303616 N

Hadisə

Cəmiyyət