Bazar ertəsi 22 İyul 2019

QHT

Xarici mütəxəssislər Gəncədə təlim keçiblər

Gülnar Fazilqızı - 28/01/2019

Gəncə və ətraf regionlardan olan uşaq inkişafı mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər uğurla başa çatıb.

Gürcüstandan dəvət olunmuş təlimçilər Tamar Kevkhishvili və Nino Mikaia Gəncə, Tovuz, Yevlax, Ağdaş, Ağstafa, Samux, Goranboyda fəaliyyət göstərən uşaq inkişafı mütəxəssislərinə müxtəlif reabilitasiya mövzularında təlimlər keçiblər. Təlimlərin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müasir metodların öyrənilməsi olub. 

Təlimin sonuncu günündə amerikalı mütəxəsis Tammie Lenert qeyd olunan mövzular ətrafında söhbətlər aparıb.

Gəncə şəhər Gənclər Evində baş tutan təlimlər 7 gün davam edib.

Təlimlər UAFA təşkilatı, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatları ilə birlikdə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Avropa Birliyinin maliyyə dəstəyi,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur.

Hadisə