Bazar ertəsi 27 May 2019

QHT

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin üzvləri Gürcüstanda olublar

Ganjanews - 28/01/2019

Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması istiqamətində layihə icra edilir

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin KODA Icma Təhsil Mərkəzinin (Gürcüstan) birgə həyata keçirdiyi “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi davam edir.

Layihə çərçivəsində Gəncə Regional Qadın Mərkəzinin təşkil etdiyi layihə  benefesarlarının Gürcüstan Respublikasının Kvemo Kartli bölgəsinə və Tbilisi şəhərinə praktik turu baş tutub. Koda İcma Təhsil Mərkəzinin layihə heyəti, Kvemo Kartli qubenatorluğunun və şəhər rəhbərliyinin, Gürcüstandakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı təşkil edilmiş tur maraqlı anlarla yadda qalıb.

Turun I mərhələsində Rustavi şəhərində yerləşən Metallurgiya zavodu, Heydər Əliyev parkı və Rustavi tarix muzeyi ilə tanışlıq olub. Rustavi şəhər kitabxanasında Mədəniyyət sahəsində çalışan azərbaycanlı və gürcü gənclərinin görüşü təşkil edilib. Görüşdə iştirak edənlərə layihə haqında məlumat verilib, iki ölkənin turizim potensialı haqqında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Praktik turun II mərhələsində iştirakçılar Tibilisi şəhərində yerləşən Mirzə Fətəli Axundovun ev muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıq olub.

Photogallery

50748221 2075861265841185 4675265059260203008 N 50748228 362040027861636 746922609802739712 N

Hadisə

Cəmiyyət