Bazar ertəsi 26 Avqust 2019

İqtisadiyyat

Niyazi Bayramov Qomel Şəhər İcra Komitəsinin sədri ilə görüşüb

Ganjanews - 28/01/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus səfəri davam edir. Səfər çəçivəsində Gəncə ilə qardaşlaşmış Qomel şəhərinin icra komitəsində görüş baş tutub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Milli Məclisin deputatı Xanlar Fətiyev Qomel Şəhər İcra Komitəsinin sədri Petr Kiriçenko və Qomel Şəhər Deputatlar Şurasının Sədri Nikolay Kovaleviçlə görüşüblər. Görüşdə bildirilib ki, Qomel ilə Gəncə arasında dostluq və əməkdaşlıq müqaviləsi 2013-cü ildə imzalanıb. O vaxtdan bu günə birgə bir sıra layihələr icra olunub.

Qomel Şəhər İcra Komitəsinin sədri Petr Kiriçenko bildirib ki, ötən ilin yanvar-noyabr aylarında Gomelin ticari dövriyyəsi 3,3 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət nəticəsində 2,5 milyon dollarlıq müsbət saldo yaranıb. Bunun da 0,12 faizini Azərbaycanla olan ticari əlaqələr təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanla Belarus arasında güclü əlaqələrin olduğunu bildirib. O qeyd edib ki, hər iki ölkə hərbi, siyasi və mədəni müstəvidə əməkdaşlıq edir. Bu əməkdaşlıqda Gəncənin də öz payı var. Belə ki, Gəncə Avtomobil Zavodu “MAZ”la sıx əməkdaşlıq edir. Qomelə səfərin məqsədi də bu əlaqələrin genişləndirilməsidir. Niyyətimiz “Qomselmaş”la əməkdaşlıq edərək Gəncə Avtomobil Zavodunda kombayn və müxtəlif kənd təsərrüfatı texnikalarının istehsalını artırmaqdır.

Milli Məclisin deputatı, Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı inkişaf edib və ölkədə kənd təsərrüfatı texnikasına böyük tələbat var. O bildirib ki, Gəncə Avtomobil Zavodunda il ərzində 2000-nə yaxın Belarus traktoru istehsal olunur. Digər kənd təsərrüfatı texnikalarına da tələbat təxminən eyni həcmdədir.  

Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Qardaşlaşmış şəhərlər arasındaki əlaqələrin daha da genişləndirilməsinin önəmi vurğulanıb.

Photogallery

00071f1e752a8c92b4b4c80048255a81 588cdecc0c2c4f3a551ac4c8334a5ae6 2cc238c264723752af5db76dca2b5c74 9749ed73efa6b96c511cf34afe8a9bd4

Ən çox oxunan

Cəmiyyət