Bazar günü 24 Mart 2019

QHT

Gəncədə əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyətindən danışılıb

GanjaNews - 11/01/2019

Gəncədə media nümayəndələrinin iştirakı ilə “Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti” mövzusunda seminar keçirilib. Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və proqramı haqqında məlumat verib, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının xüsusi qayğıya ehtiyacı olan uşaqların və ümumiyyətlə əlilliyi olan insanların inkişafına əlavə bir  dəyər gətirdiyini və bununla bağlı icra etdikləri bu layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barəsində daha geniş ictimaiyyətn məlumatlandırılmasında  milli və regional səviyyəli media vasitələrinin dəstəyindən bəhrələndiklərini vurğulayıb.

Layihənin koordinatoru  Əhməd Quliyev çıxış edərək seminarın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan  Milli Paralimpiya Komitəsinin Gəncə regional şöbəsinin ağırlıq qaldırma üzrə baş məşqçisi Natiq Əliyev Gəncə regionundan olan sağlamlıq imkanları məhdud  insanların idman sahəsində əldə etdiyi uğurların mediada yayımlanmasının bu insanlar üçün, eyni zamanda sağlamlıq imkanları məhdud  olan digər vətəndaşlarımızın daha böyük nailiyyətlərə nail olmaları üçün ciddi stimul olduğunu bildirib.

Tədbirin məruzəçi eksperti,  GanjaNews informasiya portalının baş redaktoru Gülnar  Fazilqızı xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti barəsində geniş məlumatlar verib.

Məruzəçi ekspert, GanjaNews tərəfindən əlilliyi olan insanlarla bağlı həyata keçirilən tədbirlərin işıqlandırılmasına həmişə diqqətlə yanaşıldığını, onların uğurlarının və nailiyyətlərinin yayımlanmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

15 nəfər media nümayəndəsi və digər maraqlı şəxslərin iştirakı ilə  həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyətinin  bir sıra aspektləri ətrafında  müzakirələr  və fikir mübadiləsi aparılıb.

Photogallery

IMG 8006

Hadisə

Cəmiyyət