Bazar ertəsi 25 Mart 2019

Təhsil

Bilik səviyyəsi yeni qiymətləndirmə ilə müəyyən ediləcək

Gülnar Fazilqızı - 10/01/2019

Yeni qaydalara əsasən ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ilində şagirdlərin bilik səviyyəsi yeni qiymətləndirmə ilə müəyyən ediləcək. Yeni qaydaların tətbiqi müəllimlərin öz işlərini daha səmərəli təşkilinə, şagirdlərin isə daha mükəmməl şəkildə təhsil almalarına imkan yaradacaq.

Əvvəlki illərdən fərqli olaraq şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, 1-ci sinifdə summativ qiymətləndirmə aparılmayacaq. 2-ci və 3-ci siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmə aparılacaq. Digər siniflərə gəldikdə isə burada da summativ qiymətləndirmələrin sayı azaldılıb.

 Gəncə Şəhər Metodik Mərkəzin direktoru Söhrab Hacıyev bildirib ki,  4-cü siniflərdə  ibtidai təhsildən ümumorta  təhsilə keçid səviyyəsi olduğuna görə həm kiçik summativ qiymətləndirmə həm də böyük summativ qiymətləndirmə həyata keçiriləcək. Qeyd olunub ki, 5-8-ci siniflərdə isə kiçik və böyük summativ qiymətləndirmə keçiriləcək. İl ərzində bütün fənlərdən bir dəfə böyük summativ qiymətləndirmə aparılacaq. Buraxılış sinifləri olan 9 və 11-ci siniflər üçün isə buraxılış fənlərindən və pedoqojo şuranın qərarı ilə 3 fənndən böyük summativ qiymətləndirmə keçiriləcək. 

kepeztv.az

Ən çox oxunan

Hadisə

Cəmiyyət