Bazar günü 24 Mart 2019

Sosial

AQTA inzibati tədbirlərə başlayıb

Sənubər Qocayeva - 10/01/2019

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib.

Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə  çoxsaylı xəbərdarlıqlar ünvanlanıb. Ancaq buna baxmayaraq qeydiyyat üçün kifayət qədər uzun bir müddətin ayrılmasına  və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq  subyektləri qeydiyyatla bağlı müəyyən olunmuş vaxt çərçivəsində müraciət etməmişlər.

Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq  Agentlik tərəfindən indiyədək qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etməyən sahibkarlıq subyektləri barədə inzibati tədbirlərin həyata keçirilməsinə, cərimələrin tətbiq olunmasına başlanılmışdır

 Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış  sahibkarlıq subyektləri dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır. Bildirilir ki, həyata keçirilən monitorinqlər zamanı qida təhlükəsizliyi qeydiyyatından keçməyən hər hansı sahibkarlıq subyeki aşkar olunarsa, dərhal həmin subyektlə bağlı qanunvericilik çərçivəsində inzibati qaydada cərimələr  tətbiq olunacaqdır.

Hadisə

Cəmiyyət