Bazar günü 20 Yanvar 2019

Cəmiyyət

Niyazi Bayramov sakinləri qəbul edib

Ganjanews - 09/01/2019

Gəncə Şəhər İcra Hakimiyyətində sakinlərlə keçirilən qəbullar davam edir. Hər həftə olduğu kimi bu dəfə də qəbula gələn vətəndaşların problemləri dinlənilib, qısa müddətdə aradan qaldırılması üçün göstərişlər verilib.

Səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evlərinə qaz və işıq xəttlərinin çəkilişi, fərdi yaşayış evinin tikintisi üçün vəsaitin ayrılması kimi məsələlər üstünlük təşkil edib.

Vətəndaşları dinləyən Niyazi Bayramov səsləndirilən problemlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Photogallery

+XB  8543 +XB  8540

Ən çox oxunan

Hadisə