Şənbə 19 Yanvar 2019

Mədəniyyət

Gəncə Musiqi Kolleci TGT “İlin ən Yaxşı Təşkilatı”mükafatına layiq görülüb

Surxay Məmmədzadə - 07/01/2019

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ilin nominasiyalarını təqdim etmək üçün ziyafət tədbiri keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib.ATGTİ-nin 9 illik fəaliyyətinin tələbələrə yaratdığı fürsətlərdən danışıb, həmçinin bundan sonrakı fəaliyyətdə də yeni sədr və yeni kollektivə uğurlar arzulayıblar.

Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Cari ildə region ərazisində fəaliyyət göstərən TGT-lər arasında fərqləndiyinə görə, tələbə-gənclərin inkişafı istiqamətində xüsusi xidmətlərinə görə Gəncə Musiqi Kolleci Tələbə Gənclər Təşkilatı Regionlar üzrə “İlin ən Yaxşı Təşkilatı”mükafatına layiq görülüb.

Mükafat Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tərəfindən Kollecin Tələbə Gənclər Təşkilatının sədri Lalə Bəxtiyarqızına təqdim olunub. 

Ən çox oxunan

Hadisə