Şənbə 19 Yanvar 2019

İdman

Ülviyyə Fətəliyeva 'Vergani Cup' festivalının növbəti turunda qələbə qazanıb

Sənubər Göyüşqızı - 07/01/2019

İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında səkkizinci turun oyunları keçirilib. Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva sonuncu turda Türkiyə təmsilçisi Ekin Baris Özənir üzərində qələbə qazanaraq xalların sayını 4-ə çatdırıb.

Ülviyyə Fətəliyeva bu nəticə ilə turnir cədvəlində 27-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda Almaniya təmsilçisi Lev Yankeleviçə məğlub olmuşdu.

Ən çox oxunan

Hadisə