Bazar ertəsi 25 Mart 2019

Siyasət

Naqif Həmzəyev: İlham Əliyevin çevik qərarları ölkəni davamlı inkişafa aparır

Sənubər Qocayeva - 04/01/2019

2018-ci il nailiyyətləri, əlamətdr hadisələri, uğurları ilə ölkəmizin tarixinə qovuşdu. Dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycan 2018-ci ili əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində başa vurdu. Təbii ki, bu sabitliyin, uğurlu inkişafın təməlində Prezident cənab İlham Əliyevin apardığı dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti dayanır.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ötən ilin uğurlarını şərh edərkən bildirib. Millət vəkili qeyd edib ki, xüsusi ilə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri ölkə tarixində demokratik və azad seçki prinsipi kimi yadda qaldı. Möhtəşəm qələbə, xalq tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevə göstərilən yüksək etimad dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirilən kursun dəstəklənməsinin əyani təsdiqi oldu. Məhz 2018-ci ildə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Ölkə Başçısının xarici ölkələrə səfərləri, beynəlxalq toplantılarda etdiyi çıxışlar müstəqil Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirdi. Xarici ölkələrə səfərlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət etdi. 2018-ci ildə istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer Zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxrılması kimi layihələr Azərbaycana böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaratdı. Ən əsası siyasi və iqtisadi islahatların yüksək səiyyədə aparılması ölkənin davamlı uğurlarına, nailiyyətlərinə səbəb oldu. Prezident cənab İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, vətəndaşlarda sabaha, parlaq gələcəyə olan inamı daha da möhkəmləndirdi.

Ən çox oxunan

Hadisə

Cəmiyyət