Çərşənbə günü 26 İyun 2019

Sosial

“Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” layihəsinə start verilib

Sənubər Qocayeva - 03/01/2019

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” GİB-in təşkilatçılığı ilə icra edilən “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin ilk seminarı keçirilib.

Göygöl rayon Gənclər Mərkəzində  Layihənin əsas məqsədi ölkənin Qərb regionunda yerləşən 9 rayonda yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət və imkanlar haqqında onları maarifləndirməkdir.

Layihə çərçivəsində həmin regionlara səfərlər ediləcək və hər birində 2 gün olmaqla 25 nəfər rayon gəncinə müvafiq mövzularda – ictimai fəallıq, könüllülük, liderlik, sosial sahibkarlıq və Startap, gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri və s.), beynəlxalq tədbirlərdə iştirak və təmsilçilik, o cümlədən gənclər siyasəti mövzularında maarifləndirici seminarlar keçiriləcəkdir.

Photogallery

48969031 2140325795990428 7958755131711815680 N

Hadisə