Çərşənbə günü 26 İyun 2019

İdman

Ötən ildə Gəncə idmançıları 214 medal qazanıblar

Gülnar Fazilqızı - 01/01/2019

Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatcılığı ilə 2018-i ildə idman sahəsində yüksək nailiyyət əldə etmiş idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Gənclər Evində baş tutan tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və idmançılar iştirak ediblər.

Tədbirdə beynəlxalq səviyyəli, mötəbər yarışların Bakıda keçirilməsi Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürü olduğu qeyd edilib. Bildirilib ki, idmançılarımızın müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə etməsi, qazanılan uğurlar, tarixi nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə qayğısının nəticəsidir.

Qeyd edək ki, Gəncə idmançıları yola salmaq üzrə olduğumuz 2018-ci ildə 214 medal qazanıblar. Mükafatlardan 84-ü qızıl, 57-i gümüş, 73-ü bürünc olub. Medalların əksəriyyəti Respublika səviyyəli yarışların payına düşsə də, Nizami yurdunun təmsilçiləri Avropa və dünya çempionatları, eləcə də beynəlxalq turnirlərdə özlərini ən yaxşı tərəfdən göstərməyi bacarıblar. Bu sıradan nüfuzlu yarışlarda 19 qızıl, 5 gümüş, 22-i bürünc medal əldə edilib. İlin ən böyük qazancı Gəncə güləşçisi Turan Bayramovun Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olmasıdır.

Sonda 2018-ci ildə yüksək nəticələr göstərən idmançılar və məşqçilər fəxri fərman, hədiyyələrlə mükafatlandırılıblar.

Photogallery

49062793 1881389005243310 974071644697919488 N

Hadisə