Şənbə 19 Yanvar 2019

Siyasət

Milli Məclisdə 2018-ci ildə fərqlənən deputatlar

Gülnar Fazilqızı - 28/12/2018

Milli Məclisin fəaliyyətini daima diqqətdə saxlayan Editor.az İnformasiya Portalı millət vəkillərinin 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı apardığı araşdırma və sorğunun nəticələrini açıqlayıb. Hər il ənənəvi olaraq açıqlanan nəticələr ilboyu media və sosial şəbəkələr üzərindən aparılan təhlillərə, eyni zamanda jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsaslanır.

Aparılan araşdırma və sorğuların nəticəsinə əsasən Milli Məclisin 24 deputatı seçici hüquqlarının müdafiəsinə, qanunvericilik təşəbbüsləri ilə çıxış etdiyinə, beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə, parlamentin işində aktiv iştirakına, ictimaiyyət və media ilə yaxından əməkdaşlıq etdiyinə görə, 2018-ci ilin ən fəal deputatları kimi fərqləniblər.

Qeyd edək ki, bəzi deputatlar eyni zamanda bir neçə kateqoriya üzrə qalib olublar.

Bahar Muradova(Beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə görə)
Ülvi Quliyev (Seçici hüquqlarının fəal müdafiəsinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Qənirə Paşayeva(Seçici hüquqlarının fəal müdafiəsinə və beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə görə)
Jalə Əliyeva(Seçici hüquqlarının müdafiəsinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Çingiz Qənizadə(Seçici hüquqlarının fəal müdafiəsinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Zahid Oruc(parlamentin işində aktiv iştirakı və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Aydın Mirzəzadə(Seçici hüquqlarının fəal müdafiəsinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Azay Quliyev(Beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Elmira Axundova(Parlamentin işində aktiv iştirakına və seçici hüquqlarının müdafiəsinə görə)
Naqif Həmzəyev(Seçici hüquqlarının fəal müdafiəsinə və beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə görə)
Adil Əliyev(Seçici hüquqlarının müdafiəsinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Sevinc Fətəliyeva( Beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə görə) 
Qüdrət Həsənquliyev (Parlamentin işində aktiv iştirakına görə) 
Siyavuş Novruzov(Parlamentin işində aktiv iştirakına görə)
Əflatun Amaşov(Qanunvericlik təşəbbüsləri ilə çıxış etməsinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Sahib Alıyev(İctimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Azər Badamov(İctimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Məlahət İbrahimqızı(Beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinə və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Vahid Əhmədov(Seçici hüquqlarının müdafiəsinə görə)
Elman Nəsirov(İctimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Elşad Həsənov(Seçici hüquqlarının müdafiəsinə görə)
Pərvin Kərimzadə(İctimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Kamilə Əliyeva(Seçici hüquqlarının müdafiəsinə görə)
Hikmət Babaoğlu(İctimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Aydın Hüseynov(İctimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)
Fazil Mustafa(Parlamentin işində aktiv iştirakına və ictimaiyyət və media ilə yaxından əməkdaşlığına görə)

Ən çox oxunan

Hadisə