Cümə axşamı 23 May 2019

QHT

Gəncədə 'Azərbaycan Cumhuriyyəti 100 ilində' intellektual yarışı baş tutub

Gülnar Fazilqızı - 27/12/2018

“Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, "Qrinviç" Təhsil Mərkəzinin tərəfdaşlığı ilə Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsinin 100-cü il dönümünə həsr edilən intellektual yarış keçirilib.

Gəncə şəhər “Gənclər Evi”ndə qaliblərin təltif olunması mərasimi keçirilib. Tədbirdə “Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək intellektual yarışın keçirilməsinin dövlətçilik ənənələrinə, tariximizə, milli kimliyimizə diqqət, gənclər arasında cümhuriyyət ruhunun qorunması, azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət etdiyini bildirib.

Gəncə şəhər “Gənclər Evi”nin direktoru Amil Qurbanov çıxış edərək gənclərə cumhuriyyət varisləri olaraq üzərlərinə çox böyük məsuliyyət düşdüyünü və öz üzərlərində daha yaxşı çalışmalı olduqlarını bildirib. “Odlar Yurdu” GİB-in aktiv fəaliyyətini yüksək qiymətləndirdiyini və gənclərin inkişafında müstəsna xidmətlərini vurğulayıb.

Sonra gənclərin təşəbbüsü ilə çəkilən və AXC-nin tarixinə həsr olunmuş video çarx izlənilib. Tədbir qalib komanda üzvlərinə şəhadətnamələrin təqdim olunması ilə davam edib.

19-21 dekabr tarixində Gəncə şəhərində fəaliyyət göstərən bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrinin iştirakı ilə seçim mərhələsi keçirilib. Seçim mərhələsində Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Univeristeti, Gəncə Regional Kolleci və Musiqi Kollecindən ümumilikdə 50 komanda yaşırıb və hər bir təhsil müəssisəsi üzrə qalib komandalar müəyyən edilib.

Photogallery

48419396 232624744295985 4454090139190165504 N 48418576 271148283560587 3774098543086665728 N 49081709 222476305341628 3910343809182990336 N 48911432 1241937539306886 2983085315146645504 N

Hadisə

Cəmiyyət