Bazar ertəsi 25 Mart 2019

Siyasət

Naqif Həmzəyev: 'Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev həyatımıza yeni nəfəs gətirib'

Sənubər Göyüşqızı - 26/12/2018

“Dövlətinə, millətinə bağlı, xeyirxah və müdrik rəhbər Prezident İlham Əliyev 15 ildir gənc müstəqil Azərbaycanın davamlı inkişafı, firavanlığı üçün usanmadan çalışır. Məhz müdrik rəhbərin düşünülmüş islahatları və qərarları ilə Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasında inamla irəli addımlayır”.

Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev “Kaspi”yə açıqlamasında bildirib. O qeyd edib ki, 15-20 il əvvəlki ilə bugünkü Azərbaycanı müqayisə etsək kifayət qədər fərqin şahidi olarıq. Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində ictimai-siyasi sabitlik möhkəmlənib, dövlət müstəqilliyi və ölkənin dünya birliyində mövqeyi güclənib, tarixi nailiyyətlər əldə olunub, ölkəmizin gələcək inkişaf perspektivi üçün etibarlı əsas və dolğun iqtisadi potensial formalaşıb.
 
Deputat N.Həmzəyev deyib ki, gənc, müstəqil respublikanın qurucusu, memarı olan ulu öndər Heydər Əliyevdən sonra parlaq nəticələr əldə etmək, ölkəni dünyada nüfuz və söz sahibinə çevirmək əsl hünərdir: “Bunu Prezident İlham Əliyev bacardı. Yeni əsrin yeni lideri olaraq İlham Əliyev həyatımıza yeni nəfəs gətirdi, ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə çevirdi”.

Ən çox oxunan

Hadisə

Cəmiyyət