Şənbə 19 Yanvar 2019

İqtisadiyyat

Barama 5 ən aktual mövzunu gündəmə gətirib

Sənubər Qocayeva - 26/12/2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startaplara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən mərkəz bu dəfə Gəncə şəhərində “Sahibkarlıq Konfransı" təşkil edib.

Məqsəd uğur qazanmış mütəxəssislərə bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub.

Konfransda “4-cü texnoloji inqilab və innovasiyalar” mövzusunda  İmran Bağırovun, “Müasir təhsil texnologiyaları və onların tətbiqi” ilə bağlı Fədai Əfəndiyevin,  “Startap inkişafının 5 mərhələsi” başlığı altında Tural Abbasovun, “Biznes üçün investisiya almağın yolları” barədə Məmməd Kərimin, “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu”na dair  Fərrux Rəhimovun məruzələri dinlənilib.

Barama İnnovasiya və Sahibkarlıq mərkəzi Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır. Mərkəz Gəncədə fəaliyyət göstərən startaplara dəstək məqsədilə indiyədək bir çox layihələr reallaşdırıb.

Photogallery

49061923 1092167490952032 8921390730199433216 N 48987939 509587912869238 951722133833121792 N 49138072 2199459410309999 2145227424369999872 N

Ən çox oxunan

Hadisə