Bazar ertəsi 25 Mart 2019

QHT

Gəncədə “Yaşam dəyərlərinin sosial həyata inteqrasiyası” mövzusunda təlim keçirilib

Sənubər Qocayeva - 18/12/2018

“Təmas” RİİB-i “Gürcüstan Azərbaycanlıları Qadınları İttifaqı” (Gürcüstan) və “Mülki İnteqrasiya və Milliyyətlərarası Münasibətlər Mərkəzi” nin (Gürcüstan) ictimai birlikləri ilə birgə həyata keçirdiyi “Yaşam dəyərləri vasitəsilə gənclərin imkanların genişləndirilməsi” layihəsi çərçivəsində iki günlük təlim keçirilib. Təlimdə Azərbaycanın Gəncə şəhər, Şəmkir, Samux və Göygöl rayon məktəblərindən 30-dan çox müəllim və şagird iştirak edib.

Layihənin rəhbəri Südabə Məmmədova qeyd edib ki, müasir dövrdə milli və ümumbəşəri dəyərlərin öyrənilməsi, onların gənclərin tərbiyəsində rolu və yeri mühüm əhəmiyyət kəsb edir. Çünki dəyərlər insan fəaliyyətinin ən güclü nizamlayıcısıdırlar. Gənclərin tərbiyə və təhsilində dəyərlərin düzgün müəyyən olunması, onaların düzgün istiqamətləndirilıməsi davranış və fəaliyyətlərinin şərtləndirilməsində böyük rol oynayır. Lyihədə nəzərdə tutulan mədəni, idman tədbirləri. seminarlar, Azərbaycan-Gürcüstan gəncləri arasında mübadilə proqramları və s. fəaliyyətlər BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatının (UNESCO) müəyyən etdiyi 13 yaşam dəyərinə əsalanır.

Təlimdə  Gəncə şəhəri, Göygöl, Samux və Şəmkir rayonlarından olan müəllim və şagirdlər gördükləri işlər haqqında məlumat veriblər. Həmçinin  yerli icmalardan  folklor və sənətkarlıq nümunələrinin toplanması, foto-video materialların  hazırlanması, montaj prosesinin düzgün yerinə yetirilməsi haqqında məsləhətlər verildi, müzakirələr aparılıb.

Qeyd edək ki, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur. Layihənin əsas məqsədi müsbət sosial dəyişikliklər və mənalı əməkdaşlıq üçün Gürcüstan və Azərbaycanın sərhədyanı bölgələrdə yaşayan  gənclərin imkanlarının genişləndirilməsidir.

 

Photogallery

48355043 10214916417638602 5338889497071321088 N 48361941 2086131704759645 9047121723081621504 N

Ən çox oxunan

Hadisə

Cəmiyyət