Şənbə 19 Yanvar 2019

İdman

'Gəncə Open 2018' respublika şahmat turniri keçiriləcək

Sənubər Qocayeva - 18/12/2018

Dekabrın 20-də Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş beynəlxalq reytinqli “Gəncə Open 2018” şahmat turniri keçiriləcək.

Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış doqquz turdan ibarət olacaq. Klassik şahmat turnirindən əlavə, dekabrın 24-də blits yarışı da keçiriləcək.

Turnirin nəticələri beynəlxalq reytinq cədvəlinin hesablanması üçün FIDE-yə təqdim ediləcək.

Bildirək ki, ilk 3 yerin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Ən çox oxunan

Hadisə