Bazar ertəsi 25 Mart 2019

Sosial

AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

Sənubər Qocayeva - 14/12/2018

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Növbəti belə tədbir Gəncədə keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib.

Bundan əlavə, sahibkarlara qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu üçün səyyar xidmət göstərilib. 140 sahibkarın iştirak etdiyi tədbirdə qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış 27 sahibkarlıq subyektinə dövlət reyestrindən çıxarış verilib.

Agentlikdən ganjanews.az-a məlumat verilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək. Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

 

Photogallery

Gəncə AQTA Sahibkar Görüş (6) Gəncə AQTA Sahibkar Görüş (8)

Ən çox oxunan

Hadisə

Cəmiyyət