Çərşənbə günü 26 İyun 2019

İdman

Məhsəti Gəncəvinin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək

Gülnar Fazilqızı - 14/12/2018

20-27 dekabr 2018-ci il tarixlərdə Gəncədə şahmat üzrə “Gəncə Open-2018” Respublika şahmat turniri start götürəcək.

Azərbaycan Şahmat Federasiyasının  və 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnir Azərbaycan şairi, ilk qadın şahmatçı Məhsəti Gəncəvinin xatirəsinə həsr olunub.

2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbindən verilən məlumata görə turnirin yekun nəticələri beynəlxalq reytinq hesablanması üçün FİDE-yə göndəriləcək.

İlk 3 yerin qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Hadisə