Bazar günü 20 Yanvar 2019

İdman

Gəncə şahmatçısı “Baku Open”də 2-ci olub

Sənubər Qocayeva - 13/12/2018

Şahmatçıların növbəti “Baku Open” turniri arxada qalıb. Yarışda 10-dan çox ölkənin iti zəka sahibləri iştirak edib.

Nüfuzlu turnirə Gəncədən İlyas Qarayev də qatılıb. Nizami yurdunun perspektivli şahmatçılarından olan 14 yaşlı yeniyetmə paytaxtda uğurlu nəticə göstərərək öz reytinqi üzrə 2-ci yeri tutub. İlyas Qarayev bu günədək bir sıra nailiyyətlərə imza atıb. Şahmatçı şəhər və zona birinciliklərinin qalibi olmaqla yanaşı, 14 və 16 yaşadək yeniyetmələr arasında şahmat olimpiadalarının bürünc medalına da yiyələnib.

Ən çox oxunan

Hadisə