Cümə günü 14 Dekabr 2018

Təhsil

GDU “Ən məhsuldar region universisteti və elmi-tətqiqat müəssisəsi” nominasiyası üzrə mükafata layiq görülüb

Gülnar Fazilqızı - 07/12/2018

Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti (GDU) “Web of Science Azerbaijan – 2018” mükafatlarının təqdimetmə mərasimində mükafata layiq görülüb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, GDU “Ən məhsuldar region universiteti və elmi-tədqiqat müəssisəsi” nominasiyası üzrə təltif edilib.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunan tədbirdə mükafat Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadəyə verilib.

Müasir dövrdə hər bir universitetin elmi potensialının, elmi göstəricisinin, həmçinin həmin ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin nüfuzunun yüksək reytinqli elmi jurnallarda dərc olunan məqalələrinin sayı ilə ölçüldüyünü deyən P.Kərimzadə bildirib ki, hazırda GDU-da elmi-tədqiqat işləri ilə məşğul olmaq üçün hər cür şərait mövcuddur.

Alimlərin məqalələrinin nüfuzlu elmi jurnallarda dərc olunmasının universitetə reytinq qazandıran amillərin önündə gəldiyinə görə bu məsələyə GDU-da xüsusi həssaslıqla yanaşıldığını vurğulayan P.Kərimzadə qeyd edib ki, ali təhsil ocağında son 3 ildə impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayında nəzərəçarpan artım var.

“2016-cı ildə GDU-nun əməkdaşlarının həmin jurnallarda 7 məqaləsi dərc olunmuşdusa, 2017-ci ildə bu rəqəm 25-ə çatıb. Elmi məqalələrin hamısı Thomson Reuters Agentliyinin “Web of Science” bazasına daxil olan jurnallarda dərc edilib”, – deyə P.Kərimzadə bildirib.

Photogallery

Gəncə GDU Nominasiya Mükafat 1 700x500 Gəncə GDU Nominasiya Mükafat 6 700x500 Gəncə GDU Nominasiya Mükafat 7 700x500

Hadisə

Təhsil