Cümə günü 14 Dekabr 2018

Siyasət

İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

GanjaNews - 07/12/2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdılar.

Photogallery

001 (1) 1 003

Hadisə

Təhsil