Cümə günü 14 Dekabr 2018

Siyasət

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın Gent şəhərində olub

Gülnar Fazilqızı - 07/12/2018

Mer Matias de Klarkın dəvəti ilə Gəncədən olan nümayəndə heyəti Belçikanın Gent şəhərində görüş keçirib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev və eləcə də Azərbaycan Respublikasının Belçika Krallığındakı diplomatik nümayəndəliyin III katibi Səbuhi Qasımov iştirak ediblər.

Onlar  Gent şəhərinin Liman, İqtisadiyyat və Sahibkarlıq şöbəsinin rəhbəri və 2019-cu ildən Gent şəhərinin meri vəzifəsini icra edəcək Matias de Klark, şəhərin vitse-meri, Təhsil, Təlim və Gənclər şöbəsinin rəhbəri Elke Dekruyneyr ilə görüşüblər.

 Görüşdə Azərbaycan və Belçika arasındakı ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub. Görüşdə Gəncə ilə Gent şəhərləri arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Gent şəhəri 2022-ci il üçün Avropanın Gənclər Paytaxtı layihəsinə öz namizədliyini irəli sürmək niyyətindədir. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin bu istiqamətdəki müvafiq təcrübəsi öyənilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dəvətə görə nümayəndə heyəti adından Gent şəhərinin gələcək meri cənab Matias de Klarka təşəkkürünü bildirib, müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Qeyd edək ki, Gent şəhəri 260.000 nəfər əhalisi olan, geniş turistik imkanlarına malik Belçikanın üçüncü böyük şəhəridir. Gent  - Şimali Avropanın ən varlı və böyük şəhərlərindən biridir.

Photogallery

47577934 1181898771974994 1977018367411748864 N 47683467 260107601332466 4865892595668090880 N

Hadisə

Təhsil