Cümə günü 14 Dekabr 2018

Cəmiyyət

Gəncədə “İdeya Planlama Xidməti”nin ilk təlimləri keçirilib

Sənubər Qocayeva - 07/12/2018

Gənclər Üçün Təlim Mərkəzi gənclər üçün təlim kursları təşkil edib. "İdeya Planlama Xidməti”nin təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, layihələrin yazılışı, biznesin idarəetməsi, marketinq, əməyin mühafizəsi və s. mövzular tədris olunacaq.

İlk təlimdə  “Layihələrin yazılışı və idarəolunması ” mövzusu üzrə nəzəri biliklərin gənclər tərəfindən daha yaxşı qavranılması üçün “tətbiq edərək öyrənmək” texnikalarından istifadə edilib.

Qrup məşğələləri formatında davam edən təlim “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” –nın könüllülər  üzrə koordinatoru Mobil Qarayev tərəfindən keçirilib.

Növbəti təlimləri regionun aparıcı sahibkarları və peşəkar ekspertlərin keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, gənclərin ideyalarının  reallaşdırılmasına  hesablanan bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.

Photogallery

1543922429 47461164 303787266929115 838510438042828800 N 47219462 1111276732364300 1730029328093151232 N 47391728 1111275309031109 3373917928809299968 N 47425089 1111276385697668 4288716422072238080 N 47203970 1111279765697330 1578303226040549376 N 47237280 1111275195697787 3853060894053367808 N 47190333 1111274312364542 5514242351658172416 N

Hadisə

Təhsil