Cümə günü 14 Dekabr 2018

Təhsil

Aqrar Universitetin alim və tələbələrinin səyi ilə Qafqaz çoban itinin hərəkəti bərpa edilib

Sənubər Qocayeva - 06/12/2018

ADAU-nun Baytarlıq Klinikasının müasir avadanlıqlarla təmin olunması burada xəstə və yaralı heyvanlar üzərində müayinə, müalicə və cərrahi əməliyyatlar aparmağı mümkün edib.

Bu günlərdə klinikada Baytarlıq təbabəti fakültəsinə edilmiş müraciət əsasında alim və tələbələrin səyi ilə yerli cins olan Qafqaz çoban itinin hərəkəti üçün təhlükə aradan qaldırılıb.

Bu barədə universitetin Baytarlıq təbabəti fakültəsinin alimi Telman İsgəndərov məlumat verib.

Mahaçqaladan gətirilən Qafqaz çoban iti Telman İsgəndərovun rəhbərliyi altında klinikanın həkimi Rəşad İsmayılov və Baytarlıq ixtisasının 5-ci kurs tələbələrinin iştirakı ilə rentgen müayinədən keçirilib və itin ön ətrafının həm mil, həm də dirsək sümüklərinin hər ikisində sınıq olduğu müəyyənləşdirilib. Daha sonra Qafqaz çoban itinin sümüklərinin konfiqurasiyası normal vəziyyətə salınıb və itə xüsusi çəpərli gips sarğısı qoyulub.

Müasir avadanlıqlarla və yüksək ixtisaslı kadrlarla təchiz edilmiş Baytarlıq Klinikasında xəstə və yaralı heyvanlar üzərində müayinə, müalicə və cərrahi əməliyyatlar aparmağın mümkün olduğunu deyən T.İsgəndərov bildirib ki, evlərində, həyətlərində müxtəlif heyvanlar saxlayan vətəndaşlar, yaxud təsərrüfat sahibləri heyvanlarında hər hansı xəstəliklə və ağır vəziyyətlə qarşılaşdıqda universitet nəzdində fəaliyyət göstərən klinikaya müraciət edə bilərlər.

Azərtac

Photogallery

154400130177662298 1000x669 1544001301722661522 1000x669 15440013011022044822 1000x669

Hadisə

Təhsil