Cümə günü 14 Dekabr 2018

Təhsil

Tələbələr QİÇS-dən qorunmağın yollarını öyrəndilər

Gülnar Fazilqızı - 05/12/2018

Azərbaycan Texnologiya Universitetində UTECA YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Dəyirmi masa ətrafına toplaşan UTECA tələbələrini QİÇS-dən qorunma yolları ilə bağlı həkim Elşən Qasımov məlumatlandırıb.

Mütəxəssis əvvəl müasir standartlara cavab verən ikiqat dezinfeksiya qaydaları haqda tələbələrdə müfəssəl fikir yaradıb. Bildirib ki, qan və seliyin təmas olunduğu xidmət sahələrində istifadfə olunan alətlər avtoklav qurğusunda, daha sonra isə 1 litrə 10 qram nisbətində Bio-Sanitizer məhlulunda yarım saat müddətində saxlanmalıdır. Həkim qeyd edib ki, gənclər bu sahədə fəal olmalıdırlar. Stomatoloqa müraciət edərkən ilk əvvəl dezinfeksiya işlərinin hansı qaydada aparılması ilə tanış olmalıdırlar. Bərbərə, gözəllik salonlarına yaxud da kosmetoloqa yanına gedərkən QİÇS viruslarının aciz qaldığı, qeyd olunan dezinfeksiya məhlullarının istifadəsini və qaydalarının tətbiqini tələb etməlidirlər.

Söhbət zamanı narkomaniya və digər pis vərdişlər haqqında da fikir mübadiləsi aparılıb. UTECA-nın təlim tərbiyə işləri üzrə prorektoru Mətanət Əhmədova bildirib ki, tələbələr narkomaniyaya qarşı mübarizədə həmrəy olmalı, pis vərdişlərə başlayanlar haqda onların valideynlərinə, yaxınlarına, müəllimlərinə xəbər verməlidirlər. Prorektor qeyd edib ki, belə gəncin anonimliyi qorunacaq və o öz yoldaşına, yaxud da hansısa fərdə yaxşılıq etmiş olacaq. Çünki, pis vərdişlərlə mübarizəyə nə qədər tez başlansa nəticəsi bir o qədər səmərəli olar.

Dəyirmi masa diskusiya şəklində davam edib. Tələbələr QİÇS-lə, narkomaniya ilə mübarizə yolları haqda maraqlı fikir və təkliflərini irəli sürüblər. Sonda QİÇS-lə mübarizəyə həsr edilmiş sosial videoçarx izlənib.

Photogallery

47161604 2182184161793663 4951578370044329984 N 47433535 2182184931793586 169522097180114944 N 47316547 2182184078460338 5435215211109810176 N

Hadisə

Təhsil