Cümə günü 14 Dekabr 2018

Təhsil

ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsində ustad dərsləri davam edir

Gülnar Fazilqızı - 05/12/2018

Bu dəfə Biznesin idarə edilməsi ixtisasının 3-cü kurs tələbələri öz sahələrinə uyğun mühazirə dinləyiblər.

Dərsi Anti inhisar və istehlak bazarına nəzarət agentıiyinn aran bölməsinin müdiri Əfqan Əliyev keçib. Adəti üzrə yenə fakültə dekanı Əlöysəd Əsgərov qonaq mühazirəçini auditoriyaya təqdim edib və bildirib ki, biz ustad dərslərinə qonaq qismində bir qayda olaraq elm və ya sənət sahəsində geniş, dərin məlumatı və qabiliyyəti olan şəxsləri dəvət edirik. Bu da tələbənin seçdiyi ixtisasın incəliklərini öyrənməyə çox kömək edir. 

Əfqan Əliyevin 90 dəqiqə ərzində “ İstehlakçı hüquqlarının qorunması mövzusunda söylədiyi mühazirə tələbə və müəllim heyətinin böyük marağına səbəb olub, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Photogallery

47354927 2054276254665319 4961402682532167680 N

Hadisə

Təhsil