Cümə günü 14 Dekabr 2018

Sosial

Gəncədə fəaliyyət göstərən ictimai-iaşə obyektlərində monitorinqlər aparılır

Sənubər Qocayeva - 05/12/2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasını yoxlamaq məqsədilə monitorinq və araşdırmalar aparırlar.

Keçirilən monitorinqlər zamanı analiz aparılması üçün 17 ictimai-iaşə obyektinin ətraf ərazilərindən hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.

AZƏRTAC

Hadisə

Təhsil