Cümə günü 14 Dekabr 2018

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrında 'Sevgi ölmür' tamaşası nümayiş olunub

Sənubər Göyüşqızı - 05/12/2018

Gəncə Dövlət Dram Teatrında 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Ofelya Mədətqızının"Sevgi ölmür” lirik dramı nümayiş olunub. Tamaşada əsas rolları respublikanın əməkdar artistləri Salamulla İsmayılov, Sevda Orucova, Rəhilə Məmmədova aktrisalar Günay Cabbarova, Sevinc Hüseynova, aktyorlar Ruslan Hüseynov , Murad Meyfəliyev ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur.

Pyes iki gəncin bir-birinə olan saf məhəbbətindən bəhs edir. Hadisələrin cəryanında saf sevginin məhv olunmasına calışan qüvvələr də mövcuddur. Gənclərin bu sevgisinin qarşısında isə zaman və məkan çox aciz görünür.

Tamaşada avtomobil qəzası keçirən Nərgizin yenidən həyatda yaşamaq və mübarizə aparmaq əzmini dostu Rüstəm daha da artırmış olur. Hadisələr olduqca maraqlı və ardıçıl şəkildə davam edir. Sonda Nərgiz və Cəfər öz xoşbəxt həyatlarına qovuşmaq imkanı qazanaraq evlənirlər. 

 

Hadisə

Təhsil